İQTİSADİYYAT


Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başlayıb

Bakı, 31 mart, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Global Virtual Hackathon”un keçirilməsində məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.

Müsabiqəyə qeydiyyat bu gündən başlayır. İştirakçılar müsabiqəyə qoşulmaq üçün “www.hackcov19.com” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat aprelin 9-da Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.

Seçilən iştirakçılar üçün müsabiqəyə aprelin 10-da başlanacaq. Aprelin 12-də keçiriləcək final mərhələsində isə münsiflər heyətinə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.

Birinci yerin sahibinə 5 min dollar, ikinci yerin qalibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.