SİYASƏT


Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti ön sırada dayanır

Bakı, 11 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı və Xəzər rayon təşkilatlarının Qadınlar şuraları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə videokonfrans keçirib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən partiyanın Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva hazırda bütün dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğunu deyib. Bildirilib ki, Azərbaycanda da pandemiyaya qarşı güclü mübarizə aparılır. Bu istiqamətdə aparılan mübarizə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə həyata keçirilən sistemli tədbirlər, vətəndaşların mövcud qaydalara riayət etmələri nəticəsində müsbət nəticələr əldə olunub. Hazırda Azərbaycan yoluxma və ölüm hallarının sayının azalmasına, habelə virusa yoluxanların və sağalanların nisbətinə görə ən yaxşı nəticələrin müşahidə edildiyi ölkələr sırasındadır.

YAP Xəzər Rayon Təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə qeyd edib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının təhlükəsizliyinin və sağlamlığının qorunmasını əsas vəzifə kimi qarşıya qoyub, bütün diqqəti bu məsələyə yönəldib. Dövlətimizin başçısının birbaşa göstərişi və imzaladığı sənədlər əsasında əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər görülüb, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, karantin zonaları yaradılıb, müasir tibb müəssisələri ayrılıb, yeni xəstəxanalar inşa edilib, zəruri tibbi avadanlıqlar alınıb.

Tədbirdə, həmçinin YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Ceyran Novruzova, YAP Xəzər Rayon Təşkilatının sədr müavini Zeynəb Əliyeva və YAP Suraxanı Rayon Təşkilatının Qadınlar Şurasının sədri müavini İlhamə Cabbarova çıxış edərək diqqətə çatdırıblar ki, dövlətimizin pandemiyaya qarşı apardığı sistemli mübarizə nəticəsində yoluxma sayında azalma müşahidə olunur. Bu səbəbdən də karantin rejimi tədricən yumşaldılır. Sentyabrın 15-dən müvafiq qaydalar əsasında tədrisə başlanması barədə qərarın, iaşə obyektlərinin fəaliyyətinə icazə verilməsi də buna nümunədir. Bununla belə, natiqlər vurğulayıblar ki, koronavirusla mübarizədə vətəndaş məsuliyyəti ön sırada dayanır. Hər bir vətəndaş virusun yayılmaması üçün mövcud qaydalara və tövsiyələrə ciddi şəkildə əməl etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.