CƏMİYYƏT


Koronavirusun Britaniya ştammı daha öldürücü ola bilər

Bakı, 24 yanvar, AZƏRTAC

Britaniyada ilin əvvəlində aşkarlanmış koronavirusun mutasiya olunmuş forması çox sürətlə yayılır və yəqin ki, daha təhlükəlidir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə brifinqdə baş nazir Boris Conson bəyan edib.

“Bu gün bizə bildiriblər ki, daha sürətlə yayılan yeni variantın - Londonda və ölkənin cənub-şərqində aşkarlanan variantın tez-tez baş verən ölüm hallarına səbəb ola biləcəyinə dair dəlillər var”, - deyə B.Conson söyləyib.

O, hazırlanmış vaksinlərin koronavirusun hər iki variantına qarşı təsirli olduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı həftənin əvvəlində Britaniyada aşkarlanmış koronavirusun yeni variantının artıq dünyanın 60 ölkəsinə yayıldığını bəyan edib.

ÜST-də hesab edirlər ki, Britaniya ştammının yüksək ölüm dərəcəsi səhiyyə sisteminin həddindən artıq yüklənməsi ilə bağlı ola bilər. Bunu ÜST-nin Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Mariya Van Kerkxove bildirib.

“Əgər sizdə virusun ötürülmə sürəti artırsa, onda yoluxma halları daha da çoxalacaq. Bu, aşkar görünə bilər. Çünki yoluxma halları artdıqca, xəstəxanalar daha çox yüklənir... Səhiyyə sisteminin həddindən artıq yükləndiyi vəziyyətdə ölüm halları çoxalır”, - deyə Van Kerkxove brifinq zamanı söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.