CƏMİYYƏT


Koronavirusun Hindistan ştammı nə üçün ən təhlükəli hesab edilir?

Bakı, 19 iyun, AZƏRTAC

Həkimlər hələ bir neçə ay bundan əvvəl bu qənaətə gəliblər ki, koronavirusun Hindistan ştammı (“Delta”) çox yüksək sürətlə yayılır. Ümumdünya Tibb Assosiasiyasının rəhbəri Frank Ulrix Montqomeri izah edib ki, bu bakteriyalar mutasiya nəticəsində demək olar ki, dərhal xəstənin boğazında kök salır.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, Montqomerinin sözlərinə görə yeni ştammın bu xüsusiyyəti ucbatından koronavirusa yoluxmuş insan artıq bir neçə saatdan sonra həmin ştammın daşıyıcısına çevrilir. Ona görə də ilk günlərdə insanlar xəstəliyə tutulmalarını özləri də bilmədən COVID-19-u yaya bilərlər.

Montqomeri bildirib ki, koronavirusun Hindistan ştammından xilas olmağın yeganə yolu bütün əhalinin peyvəndlənməsidir. Yalnız bunun sayəsində insanlar yeni təhlükəli ştamma qarşı immunitet qazanacaqlar.

İndiyə qədər “Delta” ştammı dünyanın 80-dən çox ölkəsində qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.