CƏMİYYƏT


Koronavirusun "delta" ştamının hakim olduğu vaxtda buster doza ilə peyvəndləmə tövsiyə edilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesinə yanvar ayından başlanılıb. İlkin olaraq risk qrupuna daxil olan vətəndaşların, yəni yaşlıların və müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkənlərin vaksinasiyası aparılıb. Daha sonra isə peyvəndləmə 18 yaşdan yuxarı olan bütün vətəndaşları əhatə edib. Müşahidələr göstərir ki, istər xəstələnərək, istərsə də peyvənd vurduraraq qazanılmış immunitet vaxt keçdikcə azalmağa başlayır. Ona görə də, koronavirusun "delta" ştamının hakim olduğu və məhdudiyyətlərin aradan qaldırıldığı bir vaxtda üçüncü doza ilə peyvəndləmə tövsiyə edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionisti Təyyar Eyvazov deyib.

Mütəxəssis bildirib ki, buster dozanın əhəmiyyəti vaksinasiya nəticəsində əldə edilmiş süni immuniteti gücləndirərək vətəndaşları infeksiyaya yoluxmadan qorumaqdır.

"Onu da qeyd edim ki, ölkədə uşaqların vaksinasiyana bir müddət əvvəl başlanılıb. Onların vaksinasiyası hər iki valideynin icazəsi ilə aparılır. Ona görə də uşaqların buster doza peyvənd vurdurması barədə indi dəqiq söz demək olmaz, bu, gələcəyin işidir. Həmçinin dördüncü doza ilə peyvəndləmə də yaxın gələcəkdə tövsiyə edilə bilər. İndi yalnız buster doza müzakirə mövzusudur",- deyə T.Eyvazov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.