CƏMİYYƏT


Koronavirusun “omikron” ştamı 38 ölkədə aşkar edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Koronavirusun “omikron” ştamı 38 ölkədə aşkar edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib.

Ekspertin sözlərinə görə, Cənubi Afrikadan gələn məlumatlara görə, orada virusa yoluxanların sayı artır. “Omikron” ştamının daha yoluxucu olması ilə bağlı fərziyyələr var. Lakin bizə onun hələ də dünyada hökmranlıq edən “delta” variantı ilə müqayisədə daha çox və ya daha az yoluxucu olduğunu anlamaq lazımdır”. O qeyd edib ki, “omikron” ÜST-nin “narahatlıq doğuran variantlar” siyahısına vaxt nöqteyi-nəzərdən daxil olan ən son ştamdır, lakin bu siyahıda “başqaları da olacaq”, çünki “virus nə qədər çox dövr edirsə, bir o qədər mutasiya etmək qabiliyyətinə malikdir”. ÜST istisna etmir ki, “omikron” “delta”nın üstünlük təşkil etdiyi Avropada yoluxma hallarının sayında vəziyyəti gərginləşdirə bilər.

Kerkxovenin sözlərinə görə, “omikron” variantı ilə yoluxmanın “yüngüldən ağıradək” müxtəlif ağırlıq səviyyəsində xəstəliklərə səbəb olması barədə məlumat daxil olub. Bundan əlavə, Cənubi Afrika Respublikasından gələn məlumatlara görə, bu ölkədə koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə hallarının sayı artır. ÜST bunun “əhali arasında yayılan hər hansı virus”la bağlı olub-olmadığını, və ya xəstəxanaya yerləşdirilməni tələb edən ağır xəstəliyin “omikron” variantının səbəb olduğunu öyrənmək istəyir. Bunu öyrənmək üçün “müəyyən vaxt lazım olacaq”. Kerkxove həmçinin “omikron”a və koronavirusun digər variantlarına yoluxduqda xəstəliyin simptomlarının oxşarlığına diqqət çəkib, buna görə də yeni ştamın aşkar edilməsi üçün testlər tələb olunur.

Ekspert izah edib ki, COVID-19-a qarşı mövcud vaksinlərin bu ştama necə təsir etdiyi hələ tam aydın deyil. “Bu, bizim üçün böyük sualdır. Peyvəndlərin təsirini anlamaq üçün vaxt lazım olacaq”, - deyə Kerkxove vurğulayıb.

ÜST-nin fövqəladə hallar proqramının direktoru Maykl Rayanın aydınlaşdırdığı kimi, “omikron”la mübarizə aparmaq üçün koronavirus əleyhinə peyvəndlərin dəyişdirilməsinin lazım olacağına dair heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.