CƏMİYYƏT
Koronavirusun profilaktikası çərçivəsində ictimai iaşə və ərzaq satışı müəssisəsində reydlər davam etdirilir
Bakı, 19 iyun, AZƏRTAC
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 201 ictimai iaşə obyekti, 212 ərzaq satışı mağazası olmaqla ümumilikdə 413 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 265-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla əlaqədar həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhəri üzrə daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları Yasamal rayonunda “Avalon” ailəvi istirahət mərkəzi, Nərimanov rayonunda “Lizzetta” restoranı və “Dəniz” market, Binəqədi rayonunda “Orxan” və “Unimart” marketləridir.
Rayon və şəhərlərdə isə Xaçmaz rayonunda Bəşirova İlhamə Ramin qızı və Məmmədov İslam Sabir oğluna məxsus kafelər (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb), Bərdə rayonunda “Sahil” restoranı, fiziki şəxslər Quliyev Mədət Malçı oğlu, Zeynalov Arif Ənvər oğlu, Mahmudov Mahmud Şükür oğlu və Kərimov Murad Maarif oğluna məxsus kafelər, Gəncə şəhərində “Xanımın dükanı”, “Asim” market, “Yeni market”, Quliyev Əli Sovet oğluna məxsus market, “Gəncə Əyləncə” restoranı, “Fantan” yeməkxanası, “Yeni Həyat” kafesi, “Muğan” restoranı, Məmmədov Fikrət Hidayət oğluna məxsus yeməkxana, Həsənli Tahir Fəxrəddin oğlu və Abdullayev Novruz İlham oğluna məxsus kafe, Masallı rayonunda “Sevimli” və “Buta” market, Salyan rayonunda “Al market”, Qurbanov Kənan Alim oğluna məxsus kafe, Qasımova Sədaqət Böyükağa qızı, Əliyev Sadiq Məmmədağa oğlu, Hacıyeva Laləzar Məhəmmədəli qızına məxsus marketlər, Neftçala rayonunda Mayılzadə Nurlan Mehman oğlu, Qəfərov Şirinbala Eynulla oğlu, Ələkbərov Cəmil Əsgər oğlu, Həsənov Ziyafət Habil oğlu və Nəzirov Əli Əziz oğluna məxsus ərzaq mağazaları, Göyçay rayonunda “Zeynəb”, “Bir İnci” restoranları, “Oskar” market, Novruzov Samir Çingiz oğluna məxsus ərzaq mağazası və Baxışov Xəyal Əlicabbar oğluna məxsus ət satışı mağazası, Qəbələ rayonunun Zarağan kəndində Xancanov Rəsul Eyvaz oğluna məxsus market, Şəki şəhəri, Kiçik Dəhnə kəndində Musayev Heydər Heyyət oğluna məxsus kafe, Balakən rayonunda Sultanova Aygün Kamil qızına məxsus çörək istehsalı və satışı müəssisəsi, Qazax rayonunda “Avey” restoranı, Quba rayonunda “Quba”, “Ekanom” marketləri və Mirzəxanov İftixar Yaşar oğluna məxsus marketdə daha çox uyğunsuzluq faktları aşkar edilib.
Agentlik Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.