Koronavirusun profilaktikası ilə əlaqədar olaraq 492 ictimai iaşə obyektində 776 monitorinq aparılıb
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 16-da ölkə üzrə 492 ictimai iaşə obyektində 776 monitorinq aparılıb.
Monitorinqlər zamanı bəzi müəssisələrdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Xəbərin mətnində orfoqrafik səhv var