Koronavirusun yayıldığı bölgələrdən Latviyaya qayıdanlarda yoluxma halı aşkarlanmayıb
AzerTAg.az
Riqa, 27 fevral, AZƏRTAC
Latviya Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları COVID-19 virusuna yoluxma şübhəsi ilə 19 pasiyenti müayinə etsə də, diaqnoz təsdiqlənməyib.
AZƏRTAC xəbər verir ki, qurumun rəhbəri Liene Tsipulenin “Twitter” səhifəsində yaydığı məlumata görə, bu xəstələrin hamısı son bir həftə ərzində İtaliyanın Lombardiya və Veneto regionlarından ölkəyə qayıdıblar. Lakin laboratoriya müayinələrdən sonra onlarda COVID-19 virusunun olması təsdiqlənməyib.
Bununla yanaşı, Latviya Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzindən bildirilib ki, yanvarın 29-dan etibarən Latviyada COVID-19 virusunun yayıldığı bölgələrdən qayıdan 32 nəfər yeni koronavirusa görə analiz verib. Doqquz halda analiz uşaqlardan götürülüb. Lakin bu halların heç birində COVID-19 virusu aşkar olunmayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin mətnində orfoqrafik səhv var