İQTİSADİYYAT


Koronavirusun yükdaşıma - logistika sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Bakı, 17 mart, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının daxili və beynəlxalq yükdaşımalarla məşğul olan Azərbaycan şirkətlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yükdaşıma – logistika şirkətləri ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkədaxili və beynəlxalq yükdaşımalarla məşğul olan sahibkarlıq subyektləri ilə koronavirus epidemiyasının yükdaşıma - logistika sahəsinə təsiri, yaranmış problemlərdən çıxış yolları və sahibkarların gözləntiləri barədə müzakirələr aparılıb, təklifləri dinlənilib.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsir göstərir. Koronavirus infeksiyası ticarət, turizm, nəqliyyat, logistika kimi sektorlara təsir edə bilər. Yükdaşıma - logistika şirkətləri ilə keçirilən görüşün məqsədi də məhz bu təsirlər barədə sahibkarlardan ətraflı məlumat almaq, onlarla çıxış yollarını və təklifləri müzakirə etməkdir.

Görüşdə yükdaşıma - logistika şirkətləri bir çox ölkələrdə sərhədlərin bağlanması və ya ciddi rejimin tətbiq olunması səbəbindən yüklərin çatdırılmasında gecikmələrin olduğunu, daşımalarla bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiklərini qeyd ediblər.

Sahibkarlıq subyektləri tərəfindən səsləndirilən təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.