CƏMİYYƏT


“Körpə dostu klinikası təşəbbüsü” layihəsi çərçivəsində tədbir keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) əməkdaşlığı çərçivəsində “Körpə dostu klinikası təşəbbüsü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva, UNICEF-in Səhiyyə və sağlamlıq proqramının rəhbəri Töhfə Cəmilova, UNICEF-in “Körpə dostu klinikası təşəbbüsü” layihəsinin koordinatoru Vəfa Ağayeva, Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov və TƏBİB-in tabeliyində olan müəssisələrin rəhbərləri və məsul əməkdaşları iştirak ediblər.

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli öz çıxışında bildirib ki, bütün dünyada olduğu kimi ana və uşaq sağlamlığı məsələsi ölkəmizdə də səhiyyənin prioritet istiqamətlərindən biridir. Səhiyyə müəssisələri bunu nəzərə almalı və işlərini bu istiqamətdə qurmalıdır.

TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva “Körpə dostu klinikası təşəbbüsü” və “Ana südü ilə uğurlu qidalandırmaya doğru 10 addım” mövzularında təqdimatlarla çıxış edib.

UNICEF-in Səhiyyə və sağlamlıq proqramının rəhbəri Töhfə Cəmilova və Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Azər Əhmədov isə ana südünün körpələrin qidalandırılmasında olan əhəmiyyətlərindən və bunun geniş şəkildə təbliğ olunmasının vacib olduğundan danışıblar.

“Körpə dostu klinikası təşəbbüsü” layihəsinin koordinatoru Vəfa Ağayeva TƏBİB-in 15 tabeli tibb müəssisəsində keçirilmiş monitorinqin nəticələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.