CƏMİYYƏT


Körpə nərə balıqları Kür çayına buraxılıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqları çaya buraxılıb.

F.Əliyevin sözlərinə görə, sentyabr ayı ərzində nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.