Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Körpələr üçün ana südünün əhəmiyyəti

Körpələr üçün ana südünün əhəmiyyəti

Bakı, 5 dekabr, AZƏRTAC

Ana südü körpələr üçün əvəzedilməz və ideal qida hesab olunur, onların sağlam böyümə və inkişafı üçün lazım olan enerji və qida maddələri ilə təmin edir.

Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur, ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını ödəyir. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların həmin ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Həmin körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Ülviyyə Cəlilova və Cəmilə Hacızadənin hazırladıqları elmi məqalədə bəhs olunur.

Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının Pediatriya Akademiyası tərəfindən körpələrin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılması tövsiyə olunur. Ardınca uşaq ən azı 1 yaşa çatanadək, ümumilikdə isə onun bərk qidaların istifadəsinə başlamasından sonra da prosesin davam etdirilməsi məsləhət görülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə daha böyük fayda üçün körpələri ana südü ilə qidalandırmağa doğumdan bir saat sonra başlamaq, 2 yaş və ya daha uzun müddətə davam etdirmək tövsiyə olunur.

Ana südünün tərkibində qidalı maddələrdən əlavə həmin maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz həmin fermentlər körpələrin orqanizmində yağ, karbohidrat və digər maddələrin həzm olunmasına kömək göstərir. Südün əsas tərkib hissəsini - 80 faizdən çoxunu su təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Ana südündəki su uşaq orqanizmi tərəfindən tam mənimsənilir. Həmin su hətta isti yay günlərində onların suya olan ehtiyacını tam ödəyir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpələrə su, çay və digər mayelər verməyi tövsiyə etmirlər.

Ana südünün komponentlərindən biri də karbohidratlardır və onların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək göstərir. Laktoza körpələrin mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza onların bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına maneə yaradır. Nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Bundan əlavə, ana südünün tərkibində xüsusi yağ turşuları var ki, onlar körpənin, xüsusilə onun beyninin və bağırsağının inkişafı üçün olduqca vacibdir.Ana südünün tərkibində uşaq orqanizmi üçün zəruri olan bütün vitamin və mikroelementlərə rast gəlinir. Keyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə bu qidada olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südünün tərkibindəki immunoqlobulinlər bağırsağın selikli qişasının səthi boyu yerləşərək immuniteti təmin edir. Ana südü maye mənbəyi olaraq orqanizmi dehidratasiyadan qoruyur və xəstəlik zamanı qida rejimini pozmur. Məsələn, diareya zamanı əksər maye və qidalardan imtina olunsa da, ana südünün qəbulu davam etdirilir.

Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma xüsusilə vacibdir, çünki onun tərkibindəki hormonlar və müxtəlif boy faktorları körpədə iştahanın və metabolizmin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir.

Faydalı olması ilə yanaşı, tərkibində balanslaşdırılmış komponentlər, hormonlar, yüksək miqdarda bioloji aktiv maddələr, müxtəlif boy və müdafiə faktorları (immunoqlobulinlər, fermentlər) olan ana südünün həzmi də çox asandır. Tərkibindəki bütün komponentlər nisbət etibarilə mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün körpələr tərəfindən asanlıqla mənimsənilir.

Ana südü sadəcə qida deyil, o, həmçinin körpələrin orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, müxtəlif immun faktorlarla zəngin olduğuna görə, immun sisteminin inkişafına kömək edir və onu aktivləşdirir. Eləcə də allergik reaksiyaların, qəfil uşaq ölümü sindromunun, diabet, piylənmə və artıq çəkinin əmələ gəlmə riskini azaldır. Uşaqları qulaq, boğaz və sinus infeksiyalarından, soyuqdəymədən, çoxsaylı tənəffüs, xroniki, mədə-bağırsaq və digər xəstəliklərdən qoruya bilir. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır. Həmçinin ana südü ilə qidalanan körpələr fiziki inkişafları ilə seçilirlər. Beləliklə, ana südü ilə qidalanan uşaqlar müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunmuş sayılırlar. Təsadüfi deyil ki, anemiyadan əziyyət çəkən uşaqların çoxluğu məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halları onların böyüməsinə və inkişafına mənfi təsir göstərə, öyrənmə və idrak pozuntularına səbəb ola bilər.

Ana südü körpələr üçün əhəmiyyətli olsa da, bəzən onların bəslənməsində müəyyən problemlər də ortaya çıxır. Məsələn, analar arasında bəzi hallarda südün az əmələ gəlməsi narahatlığa səbəb olur. Lakin uşaq bezinin gün ərzində dəyişdirilmə sayı və körpələrin çəki artımını bilməklə, onların kifayət qədər ana südü ilə qidalanıb-qidalanmadığını müəyyən etmək mümkündür. Belə ki, uşaq bezi gün ərzində ən azı 5-6 dəfə dəyişdirilirsə və körpələrin çəkisi gündə ən azı 14 qram artırsa, deməli, onların ana südü ilə qidalanması normaldır.

Yeri gəlmişkən, ana südü ifraz olunma müddətinə və tərkibinə görə kolostrum, keçid südü və yetkin süd formalarına bölünür. Kolostrum doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunan, qatı və sarımtıl rəngli süddür. Tərkibində az miqdarda yağ və laktoza olan bu süd zülallarla, xüsusilə də infeksiya əleyhinə xüsusiyyətlərə malik zülallarla zəngindir. Kolostrum immunoqlobulinlərlə zəngin olduğu üçün yeni doğulmuş körpələri xarici mühitin patogen amillərindən (mikroorqanizmlərdən) qoruyur. Bu xüsusiyyətinə görə, kolostrum uşaqların ilk peyvəndi kimi qəbul olunur. Həmçinin körpələrin formalaşmamış həzm sisteminin inkişafına kömək edir. Keçid südü doğuşdan 7-14 gün, yetişmiş süd isə doğuşun 15-ci günündən sonra ifraz olunur. Yetişmiş südün tərkibi anaların orqanizminin xüsusiyyətlərindən, zamandan, həmçinin onların qidalanma xüsusiyyəti və fərdi metabolik amillərdən asılı olaraq dəyişə bilər. Həm də doğulduqları ilk 1-2 ay ərzində körpələrin sistemsiz qidalanması mümkündür. Lakin vaxt keçdikcə dəqiq qidalanma rejimi yaradılmaqla onların ana südü ilə qidalanma tezliyi azaldılır. Ana və ya körpələrin xəstələnməsi isə südün tərkibində xəstəlik törədicisinə qarşı əlavə anticisimlərin ifraz edilməsinə səbəb olur. Eyni zamanda, anaların qidalandığı yeməklərin dadı südə tam verir. Məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.

Şübhəsiz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarını müqayisə edərkən süni qidaların tərkibində vitaminlərin daha çox olduğu üzə çıxır. Buna baxmayaraq, ana südü üstünlüyünü itirmir, çünki həmin qidada olan az miqdarda dəmir təbii mənşəli olduğundan daha faydalı hesab edilir. Eləcə də ana südü körpələrin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən anticisimlərlə zəngindir. Süni qidalar isə uşaqlar üçün anticisim müdafiəsi təmin etmir. Tədqiqatlar göstərir ki, ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdırlar. Ana südü ilə qidalanan uşaqlar süni qida ilə qidalanan həmyaşıdlarına nisbətən bəzi peyvəndlərə qarşı daha müsbət reaksiya verirlər. Ana südü və süni qida ilə qidalanan körpələrin beyin inkişafında da fərqlər var. Ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin onunla qidalanan körpələr daha yüksək intellektə malikdir olurlar. Onlar böyüyəndə daha az yaddaş və davranış problemləri ilə üzləşirlər.

Həmin problemlərin baş verməməsi, xüsusilə anemiyanın azaldılması və uşaqların ümumi sağlamlığının təmin olunması üçün anaların və pediatriya sahəsində çalışan tibb işçilərinin ana südünün əhəmiyyəti və üstünlüyü barədə məlumatlı olması, eləcə də körpələrin ana südü ilə qidalandırılmasının təmin edilməsi çox vacibdir.

Qeyd edək ki, ana südü ilə qidalanma körpələr üçün əhəmiyyətli olmaqla yanaşı, həmin prosesin həyata keçirilməsi anaların sağlamlığı üçün də vacib sayılan reproduktiv prosesin bir hissəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı