İQTİSADİYYAT


Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim təşkil edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın və 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasını təmin etmək məqsədilə noyabrın 29-da nazirliyin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim təşkil olunub. "Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər" mövzusunda təşkil edilən təlimdə nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, şəffaflığın təmin olunması, məlumatların açıqlanması və sair barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təlimdə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən sənaye müəssisəsinin nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.