İQTİSADİYYAT


Korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasında (ABA) korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, "Xəzinədarlıq və fondların idarə olunması üzrə" ekspert qrupunun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Görüşdə korporativ istiqrazlar bazarının perspektivləri, emissiya olunmuş korporativ istiqrazların satışındakı çətinliklər və korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.