CƏMİYYƏT


“Körpü-Bina-Tikinti” MMC-nin əməkdaşı Füzuli rayonunun Qaraxanbəyli kəndində minaya düşüb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də saat 11 radələrində bir nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Füzuli Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.