CƏMİYYƏT


Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq  təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 30 iyun, AZƏRTAC

Vyanada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyasının təftiş qrupunun sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyevdən ibarət nümayəndə heyəti iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Konvensiyaya tərəf olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Konvensiyanın implementasiyasının müxtəlif aspektləri, o cümlədən implementasiya mexanizminin təkmilləşdirilməsinə yönələn addımlar müzakirə edilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində əldə olunmuş nailiyyətlərə dair səmərəli təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində ölkəmizdə ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, rüşvətxorluğun milli qanunvericilikdə Konvensiyanın müddəalarına uyğun olaraq kriminallaşdırılması aspektrləri barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.