“Korrupsiyaya yox deyək” mövzusunda müsabiqədə şagirdlərin rəsmləri dəyərləndirilir
AzerTAg.az
Bakı, 30 noyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, noyabrın 3-dən Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsinə start verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maarifləndirilməsi, məktəblilərin informasiya axtarışına, eləcə də təhsildə yaradıcılığa həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Noyabrın 20-də rəsmlərin qəbulu başa çatıb.
Rəsmlərin dəyərləndirilməsi üçün Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi, Rəssamlıq Akademiyası, eləcə də Rəssamlar İttifaqının nümayəndələrindən ibarət müsabiqə komissiyası təsis edilib.
Hazırda müsabiqə komissiyası tərəfindən rəsmlərin dəyərləndirilməsi davam edir.



Xəbərin mətnində orfoqrafik səhv var