CƏMİYYƏT
Köşkdən iki min manat dəyərində tütün məmulatı oğurlayan əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Nəsimi və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki köşklərin birindən 2 min manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş N.Rəsulov saxlanılıb.
Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş S.Nərimanovla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində isə onun rayon ərazisində bir avtomobildən 545 manat məbləğində pul oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.