CƏMİYYƏT


Köşklərdən tütün məmulatları, evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəxslər yaxalanıblar

Bakı, 16 fevral, AZƏRTAC

Nizami və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə,

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılıb. Onunla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxsin rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyənləşdirilib.

Ötən il dekabrın 31-də Binəqədi rayonu ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova rayon polis idarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.