ELM VƏ TƏHSİL


Kosmik hava durumu və proqnozu açıqlanıb

Bakı, 21 iyun, AZƏRTAC

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, proqnoz dövründə (21-23 iyun) Günəş aktivliyinin çox aşağı olacağı gözlənilir.

Yüklü zərrəcikləri – enerjisi 2 MeV-dən böyük olan elektron selinin iyunun 21-dən 23-dək yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən böyük olan proton selinin isə fon səviyyəsini saxlayacağı proqnozlaşdırılır.

Günəş küləyinin parametrlərinin fon səviyyəsində qalacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.