ELM VƏ TƏHSİL


Kosmosa 3D printerlə hazırlanmış peyk göndərilib

Bakı, 18 avqust, AZƏRTAC

Beynəlxalq Kosmos Stansiyasında (BKS) fəaliyyət göstərən rus kosmonavtlar 3D printerlə hazırlanmış ilk peyki kosmosa göndəriblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fyodor Yurçikin və Sergey Ryazanskiy stansiyada həyata keçirdikləri altısaatlıq yürüş zamanı kosmosa beş nanopeyk göndəriblər. Peyklərdən birinin örtüyü və batareya qutusu 3D printerlə hazırlanıb. Kosmonavtların məqsədi 3D printerlə hazırlanmış peyk hissələrinin kosmos şəraitində necə reaksiya verəcəyini müşahidə etmək olub.

Sibirin Tomsk Politexnik Universitetində hazırlanmış peyklə kosmosa müxtəlif dillərdə salam da göndərilib. 4,5 və 10 kiloqram ağırlıqlarında olan peyklərin 5-6 ay orbitdə olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.