DÜNYA


Kosta-Rikanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Bakı, 9 may, AZƏRTAC

Kosta-Rikanın yeni Prezidenti Rodriqo Çaves vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Karlos Alvaradonu əvəz edir. Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasim respublikanın parlamentində keçirilib. Tədbirə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan təqribən 100-dək nümayəndə dəvət edilib.

Yeni prezidentdən koronavirus pandemiyasının mənfi təsirlərinə məruz qalmış iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirməsi gözlənilir. Rəsmi məlumata görə, təqribən 5 milyon nəfər əhalisi olan ölkədə əhalinin 23 faizi yoxsulluq həddində yaşayır, işsizliyin səviyyəsi 13,5 faizi ötüb.

Rodriqo Çaves ixtisasca iqtisadçıdır. O, ömrünün, demək olar, yarısını Dünya Bankında işləyib. 2019-cu ildə vətənə qayıdıb və payızda Alvarado hökumətində maliyyə naziri olub. Lakin 2020-ci ilin mayında dövlət başçısı ilə fikir ayrılığına görə istefa verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.