RƏSMİ SƏNƏDLƏR


Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattaradan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Kot-d’İvuar hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımızın firavanlığı naminə iki ölkənin uğurla davam etdirdiyi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bir daha məmnunluqla qeyd edirəm.

Dərin ehtiramla,

 

Alassane Uattara

Kot-d’İvuar Respublikasının Prezidenti

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin