DÜNYA


“Kounotori-7” gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq

Tokio, 23 sentyabr, AZƏRTAC

Yaponiyanın “Kounotori-7” kosmik yük gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmaq üçün kosmosa buraxılıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, H2B daşıyıcı raketi “Kounotori-7” yük gəmisini Yaponiyanın cənubundakı kosmodromdan sentyabrın 23-də saat 3 radələrində kosmosa çıxarıb.

Gəminin ümumi yükü 6,2 ton ağırlığındadır. Gəmi kosmosa yapon litium akkumlyatorlarını, eksperimental avadanlıq və BKS-nin sakinləri üçün gündəlik tələbat əşyalarını çatdıracaq. Akkumlyatorlar BKS-nin əsas enerji mənbəyidir.

Kosmik yük gəmisinin göyərtəsində 80 santimetr enində kapsul da var. Alimlər həmin kapsulda eksperimentlərin nümunələrini Yerə çatdırmağa planlaşdırırlar.

“Kounotori-7” gəmisinin sentyabrın 27-də yapon vaxtı ilə gecə saatlarında BKS ilə birləşəcəyi gözlənilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.