DÜNYA


Kraliça II Elizabet parlamentin yeni qanunvericilik ilinin açılış mərasimində iştirak edə bilməyəcək

London, 10 may, AZƏRTAC

Kraliça II Elizabet bu il Böyük Britaniya parlamentinin yeni qanunvericilik ilinin açılış mərasimində iştirak edə bilməyəcək.

AZƏRTAC xəbər verir ki, 96 yaşlı kraliça epizodik hərəkətlilik problemləri səbəbindən bir sıra ictimai tədbirlərdə iştirakını ləğv etməli olub.

Uels Şahzadəsi Çarlz və Kembric hersoqu Şahzadə Uilyam inaqurasiya mərasimində kraliçanın adından parlamenti açmaq səlahiyyətinə sahib olublar.

Bukingem sarayı tərəfindən edilən açıqlamada kraliçanın həkimləri ilə məsləhətləşdikdən sonra mərasimə qatılmamaq qərarına gəldiyi bildirilib Tədbirdə onun adından böyük oğlu şahzadə Çarlz danışacaq.

Kraliça taxtda olduğu 70 il ərzində cəmi iki dəfə 1959 və 1963-cü illərdə parlamentin inauqurasiya mərasimində iştirak edə bilməyib.Bu, onun 1963-cü ildən bəri qatıla bilmədiyi ilk açılış mərasimi olacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.