DÜNYA


Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib

London, 12 yanvar, AZƏRTAC

Böyük Britaniya kraliçası II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı təhlükəsizlik səbəbi ilə uçuşa qadağan zona elan edilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 27-dən təyyarə və dronların Vindzor qəsri üzərindən 2500 fut yüksəklikdən uçması qadağan olunacaq. Görülən təhlükəsizlik tədbirlərinə görə, qala divarlarından 1,4 mil məsafədə uçmağın cinayət sayılacağı, qayda pozuntusu halında əraziyə daxil olan və xəbərdarlığa cavab verməyən təyyarələrə müdaxilə ediləcəyi, qalanı qoruyan polis qruplarının qeyri-qanuni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyətinin daha çox olacağı bildirilib.

Britaniya Mülki Aviasiya Qurumu qadağanın ictimai maraqlara uyğun olduğunu, qərarın yerinə yetirilib-yetirilmədiyini hava nəqliyyatına nəzarət orqanlarının həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, qərar ötən ilin dekabrında silahlı şəxsin kraliçanın yeni ili qarşıladığı Vindzor qəsri ərazisinə daxil olmasından sonra verilib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.