DÜNYA


Kraliça II Elizabetin oğlu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib

London, 15 yanvar, AZƏRTAC

Böyük Britaniya Kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib.

AZƏRTAC xəbər verir ki, Bukingem Sarayı şahzadə Endryuya aid bütün hərbi titulların və kral ailəsinin himayədarlığının kraliçaya qaytarıldığını açıqlayıb.

York hersoqu titulunu daşıyan şahzadə Endryu rəsmi olaraq "Əlahəzrət" titulundan istifadəni dayandıracaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.