DÜNYA


Krasnodarda helikopter qəzaya uğrayıb, pilot həlak olub

Moskva, 17 aprel, AZƏRTAC

Rusiyanın Krasnodar diyarında helikopter qəzası baş verib. Nəticədə pilot həlak olub.

AZƏRTAC xəbər verir ki, Krasnodarın İlski qəsəbəsində kənd təsərrüfatı sahələrinə gübrə səpən “Mi-2” helikopteri Krasnodar-Novorossiysk avtomobil yolunun 52 kilometrliyində sərt eniş edib. Nəticədə helikopterin 61 yaşlı pilotu həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.