İDMAN
Krasnoyarsk 2022-ci ildə güləş üzrə dünya çempionatına ev sahibliyi edə bilər
Bakı, 11 mart, AZƏRTAC
Krasnoyarskın 2022-ci ildə güləş üzrə dünya çempionatına ev sahibliyi etməsi üçün müraciət olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Krasnoyarskda keçirilən Dünya Qış Universiadasına həsr olunan mətbuat konfransında regionun idman naziri Sergey Alekseyev deyib.
Nazir bildirib ki, hazırda Krasnoyarskda Qış Universiadası yüksək səviyyədə davam edir. Həmçinin yanvarda İvan Yarıqinin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri təşkil olunub. Şəhərdə digər idman növləri üzrə də yarışlar keçirilib. Bütün bunlar bizim dünya çempionatına hazır olmağımızdan xəbər verir.
Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili də Krasnoyarskın namizədliyini dəstəkləyib.
Qeyd edək ki, cari ildə güləş üzrə dünya çempionatı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]