Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

"Kreativ Azərbaycan: Yaradıcı məhsulların “Azexport” portalı vasitəsilə ixrac imkanları" mövzusunda təqdimat olub

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.

Layihənin PR meneceri Zənurə Talıbova təqdimatın məqsədi haqqında məlumat verib. Bildirilib ki, “Azexport.az” portalının Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsi başlanır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı ilə yaradılan və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan “Azexport.az” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın firmalaşdırılmasıdır. Fəaliyyəti dövründə portala 150-dək ölkədən 1 milyard 300 milyon manatdan artıq ixrac sifarişi daxil olub. Bu sifarişlər əsasən ərzaq məhsulları, kənd təsərrüfatı və sənaye məhsullarıdır. Azərbaycanda mədəni və kreativ məhsullar olan rəssamlıq, sənətkarlıq, musiqi, kino, nəşriyyat və digər növ məhsulların da dünya bazarlarına çıxışı üçün əlverişli imkanları nəzərə alıb portalın bu sahə üzrə sahibkarlıq fəaliyyəti göstərən potensial ixracatçılarla yenidən təqdimatı təşkil olunub.

Mərasimdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən YMS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir.

Qeyd olunub ki, YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. Ən son təfsilatlı analiz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədidir. Bu sənədə əsasən, YMS-lər dünya üzrə araşdırma aparılan illər ərzində orta hesabla illik 7,3 faizlik artım göstərib. Bununla yanaşı, qeyd edilən illər ərzində YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artıb. Belə ki, 2002-ci ildə bu göstərici 208 milyard dollar olduğu halda, 2015-ci ildə artaraq 509 milyard dollar olub. Ümumilikdə UNESKO təşkilatı, Böyük Britaniya və digər qabaqcıl ölkələrin hesablamalarına görə, YMS-lər iqtisadiyyatın ənənəvi sahələrindən 2 dəfə daha sürətlə inkişaf edir və daha az sərmayə tələb edir. Ümumiyyətlə, YSM-lərin sürətlə inkişafı həm rəqəmsallaşmanın, sosial şəbəkələrin və internetin inkişafı ilə, həm də bu sahəyə dövlətlərin diqqətinin artması və əlavə sərmayələrin yatırılması ilə əlaqələndirilir. Son illər ərzində müxtəlif dövlətlər YMS-lərin iqtisadi potensialını görərək bu sahənin inkişafı üzrə strateji sənədlər qəbul edib.

Azərbaycanda YMS-ləri ənənəvi olaraq müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan, YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

V.Qasımlı qeyd edib ki, ölkəmizdə YMS sahələrinin inkişafı üzrə uzunmüddətli strateji planlaşdırmanın və inkişaf proseslərinin effektiv koordinasiyasının təmin edilməsi üçün “Yaradıcı Sənayelərinin İnkişafına dair Strategiya”nın hazırlanması yaxşı olar. Hazırlanacaq bu sənəd və sənədin əsasında aparılacaq praktiki fəaliyyət yaradıcı məhsulların artmasına, ixracın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının payının azaldılmasına, gənclər arasında işsizliyin azaldılmasına, dövlətlə cəmiyyət arasında daha sıx əməkdaşlığa və digər geniş milli məqsədlərə töhfə verə bilər.

Qonşu ölkələrdə yaradıcı sənayenin inkişafı ilə bağlı strategiyanın mərhələlərindən söz açan icraçı direktor diqqətə çatdırıb ki, YMS-lərin inkişafı təhsildə müasir yeniliklərin tətbiqinə, regionlarda iqtisadi inkişafa, təşkilatlararası və özəl sektor ilə əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq. Bu sahədə yaradılan iş yerləri digər istehsalat sahələri ilə müqayisədə rəqəmsallaşmaya daha dözümlüdür, çünki insan intellekti ilə sıx bağlıdır.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında “Azexport.az” portalı ilə əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirib. Vurğulayıb ki, burada yaradıcı məhsul insan faktoruna bağlanır. İnsan bacarıqlarının iqtisadi potensiala çevrilərək ondan bəhrələnmək günün əsas aktual məsələlərindən biridir. Yaxın vaxtlarda bu sahədə vahid baza formalaşdırılacaq və aparılan işlərə təkan verəcək.

V.Eyvazzadə diqqətə çatdırıb ki, bu gün ölkəmiz daha çox iki brendi ilə - “Bakı Prosesi” və “ASAN xidmət”lə tanınır: “Növbəti 10 illik üçün “Bakı Prosesi”nin yeni bir istiqamətini müəyyən etdik. Bu da insan inkişafı ilə bağlı istiqamətdir. Sözügedən sənaye sahəsi məhz insan inkişafı və insan şüuru ilə ciddi bağlılığı olan sahədir. Burada çox vacib məqamlardan biri də iqtisadiyyatın müəyyən sahələrində resursların tükənməsidir. Yaradıcı sənaye insan şüurunun məhsulu olduğu üçün burada tükənmə deyil, daim yenilənmədən söhbət gedir”.

Şöbə müdiri çıxışının sonunda Mədəniyyət naziri Əbülfəs Qarayevin adından “Azexport.az” portalının fəaliyyətinə uğurlar arzulayıb.

Portalın rəhbəri Zaur Qardaşov layihənin imkanlarına dair təqdimatla çıxış edib. Bildirib ki, inkişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 faizini təşkil edir: “Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq, perspektivdə bu sektor ölkəyə ən azı 1-1,5 milyard dollar əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə “Azexport.az” portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Məlum olduğu kimi, artıq digər sənaye və kənd təsərrüfatı məhsullarının ixracında fəaliyyətimiz uğurlu olub, bunları nəzərə alaraq yaradıcı sahədə də Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dəstək olmaq istərdik. Bunun üçün bu sahədə ixtisaslaşan “Etsy”, “Kickstarter” və “Amazon Kindle onlayn portalları və “Sothebys” auksion evi ilə əməkdaşlıq qurulacaq”.

Portalın rəhbəri vurğulayıb ki, “Azexport.az” bu il ərzində “Amazon” onlayn platformasında elektron kitabların satışı istiqamətində uğura nail olub. Belə ki, ümumilikdə “Azexport.az” və “Amazon” portallarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı elektron kitabının üç ay ərzində 300-dən artıq nüsxəsi satılıb. Növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, musiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıcılıq məhsullarının “Etsy”, “Apple” “Music”, “Itunes”, “Google Play”, “Kickstarter”, “Sothebys” və “Amazon Kindle” kimi platformalara yerləşdirilməsi nəzərdə tutulub.

Akademik Urxan Ələkbərov çıxış edərək saytla birgə əməkdaşlığa görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu kitab Azərbaycanda inklüziv inkişafa həsr olunan yeganə dərslikdir. Azərbaycan dünya üzrə inklüziv inkişaf dövriyyəsinə görə qabaqcıl yerlərdən birini tutur.

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova dəb sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü. Portalın işinə uğurlar arzulayaraq yaradıcı sahənin müasir tələblərə uyğun inkişafının əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin satılan elektron kitabların rəmzi ödəniş qəbzi təqdim edilib və “Azexport.az” portalının fəaliyyəti, eləcə də portalın “İxrac səbəti”nə ulduz səfirlərin öz məhsullarını təqdim etməsi ilə bağlı videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb