İQTİSADİYYAT
“Kredaqro” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Bakı Fond Birjasında (BFB) BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay olan AZ2002009168 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində, faizli, təmin edilmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı on bir investor tərəfindən 11 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 11 faiz, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil edib. İstiqrazlar 2024-cü il fevralın 29-da ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]