Kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 6338 müraciət daxil olub
AzerTAg.az

Bakı, 14 yanvar, AZƏRTAC
Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6338 müraciət daxil olub, bunlardan 5052-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondundan verilən məlumatda bildirilir.
Təsdiqlənmiş subsidiyanın məbləği 71,9 milyon manatdır. Qeyd edək ki, faiz subsidiyası pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il martın 10-na aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.
Xəbərin mətnində orfoqrafik səhv var