İQTİSADİYYAT


Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

Bakı, 24 yanvar, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2021-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 700,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 13 milyard 523,2 milyon manatı və ya 81 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat olub və ümumi kredit portfelinin 4,7 faizini təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.