DÜNYA


Kreml Donald Trampın nüvə silahından imtina barədə təşəbbüsünə reaksiya verib

Bakı, 26 aprel, AZƏRTAC

Kreml ABŞ Prezidenti Donald Trampın nüvə silahlarının məhv edilməsinin vacibliyi ilə bağlı ideyasını müsbət qiymətləndirir.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu RF prezidentinin mətbuat katibi Dimitri Peskov deyib. “Gözəl ideyadır! Lakin heç bir detal verilməyib. Təşəbbüsün mahiyyəti barədə anlayış yoxdur”, - deyə o bildirib.

SNN telekanalının məlumatına əsasən, Ağ evin rəhbəri Rusiya və Çini də əhatə edəcək yeni nüvə sazişi ilə bağlı nazirliklərlə danışıqlar aparır. Donald Tramp, eyni zamanda bütün ölkələrin nüvə silahından imtina etməli olduğunu bildirib. O, sazişin bütün silah növlərini, döyüş başlıqlarını və raketləri əhatə etməsini istəyir.

Rusiyanın Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ prezidentinin bəyanatını yalnız alqışlamaq olar və Moskva nüvə sazişi barədə təklifin daxil olacağı təqdirdə onu nəzərdən keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.