DÜNYA


Kreml: Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır

Moskva, 27 sentyabr, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi ölkə başçısının Ukrayna ilə danışıqlara hələ də hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Kremlin sözçüsü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə danışmaq planı barədə söylədiklərini şərh edərkən belə deyib.

D.Peskovun sözlərinə görə, Rusiya Prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hələ də hazır olduğunu bildirib. Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir. Mətbuat katibi qeyd edib ki, Prezident V.Putin söhbət zamanı Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.