DÜNYA


Kreml: Rusiya və Ukrayna prezidentlərinin görüşü müqavilə mətni üzərində iş başa çatdıqdan sonra mümkündür

Kreml: Rusiya və Ukrayna prezidentlərinin görüşü müqavilə
mətni üzərində iş başa çatdıqdan sonra mümkündür

Moskva, 31 mart, AZƏRTAC

Rusiya və Ukrayna prezidentlərinin görüşü yalnız ölkələr arasında müqavilə mətni üzərində iş başa çatdıqdan sonra mümkündür.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Vladimir Putin ilə Volodimir Zelenski arasında görüşün dəqiq vaxtı məlum deyil. Ali səviyyədə görüş yalnız müqavilə üzərində iş tam başa çatdıqdan və yüksək vəzifəli şəxslər tərəfindən imzalandıqdan sonra mümkündür. Yalnız bundan sonra prezidentlərin görüşü barədə danışmaq olar.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin aprelin 1-də yenidən danışıqlar masası arxasında oturacağı barədə xəbərlərə aydınlıq gətirən D.Peskov bildirib ki, əgər bu, baş verərsə, əlavə məlumat təqdim olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.