SİYASƏT


Kreml tərəfləri Qarabağa dair üçtərəfli sazişləri yerinə yetirməyə çağırır

Moskva, 4 avqust, AZƏRTAC

Kreml Qarabağda vəziyyətin kəskinləşməsinə görə narahatdır və tərəfləri üçtərəfli sazişləri yerinə yetirməyə çağırır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kremlin rəsmi nümayəndəsi deyib: “Biz vəziyyəti çox diqqətlə müşahidə edirik. Təbii ki, vəziyyətin kəskinləşməsi ilə əlaqədar narahatıq. Tərəfləri təmkinli olmağa, ən başlıcası, məlum üçtərəfli sənədlərin bütün müddəalarını yerinə yetirməyə çağırırıq”.

D.Peskov “əsas çıxış nöqtəsi” olan üçtərəfli sənədlərin bəndlərinin yerinə yetirilməsinin vacibliyinə diqqəti cəlb edib. O deyib: “Başlıcası tərəflərin həmin sənədlər üzrə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsidir. Əgər suallar varsa, şübhəsiz, onlara cavab vermək lazımdır”.

Dmitri Peskov onu da istisna etməyib ki, RF Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də aparılacaq danışıqlar zamanı Qarabağda vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparacaqlar. Kremlin nümayəndəsi deyib: “Bunu istisna etmək olmaz ki, vəziyyətin belə gərginləşməsi ilə əlaqədar prezidentlər fikir mübadiləsi aparacaqlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.