SİYASƏT


Krımın Azərbaycan icması Krım ilə Naxçıvan arasında daha sıx əlaqələr yaratmağı təklif edir

Bakı, 17 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Krımın Azərbaycan icması Ali Radaya və Krım Nazirlər Şurasına müraciət edərək Krım Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında daha sıx mədəni və iqtisadi əlaqələr qurulması təklifini irəli sürmüşdür.

Müraciətdə deyilir: “Bu gün Azərbaycandan olan sərmayədarlar, təəssüf ki, Krımda az təmsil olunurlar. Hərçənd artıq ilk addımlar atılmışdır. Biz həm mədəni, həm də iqtisadi sahələrdə Krım-Azərbaycan əlaqələrinin genişlənməsini istərdik. Qeyd etmək lazımdır ki, sovet dövründə Krımda minlərlə azərbaycanlı müalicə olunmuşdur”.

Krımın Azərbaycan icmasının sədri Rahim Hümbətov demişdir: “Naxçıvan ilə sıx əlaqələrin qurulması Azərbaycan ilə münasibətlərin daha da fəallaşmasına və Azərbaycan sərmayədarlarının Krıma cəlb edilməsinə kömək edəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.