SİYASƏT


Krımın Azərbaycan icmasının başçısı Avropa Şurasının nümayəndə heyəti ilə görüşəcəkdir

Bakı, 24 yanvar (AZƏRTAC). Krımın Azərbaycan icmasının sədrinin ünvanına Avropa Şurasının ofisindən görüş dəvəti gəlmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Facebook-da Krımın Azərbaycan icmasının səhifəsində yer almışdır.

Avropa Şurasının Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məsləhət Şurasının nümayəndə heyəti yanvarın 27-də Ukraynada olacaqdır. Səfər Ukraynaya dair qiymətləndirmə məruzəsinə hazırlıq məqsədi daşıyır.

Yanvarın 25-də nümayəndə heyəti Simferopolda işləyəcəkdir. Burada milli azlıqların nümayəndələri ilə görüşlər keçiriləcəkdir. Görüşdə Ukraynada insan hüquqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi məsələləri müzakirə ediləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.