İQTİSADİYYAT


Kriptovalyuta bazarında bitkoinin payı il ərzində 56 faiz artıb

Bakı, 8 fevral, AZƏRTAC

Son il ərzində rəqəmsal pul bazarında bitkoinin payı 56 faiz artıb.

AZƏRTAC “RBK”ya istinadla xəbər verir ki, 2018-ci ilin fevralında kriptovalyutanın dominantlığı 34 faiz təşkil edib, hazırda 53 faizdən yuxarıdır. Bir çox altkoinlərin (bitkoindən savayı bütün kriptovalyutalar) mövqeyi bu müddət ərzində ciddi şəkildə zəifləyib. Belə ki, “Ethereum”un göstəriciləri 20 faizdən 10 faizə düşərək 2 dəfə, “Bitcoin Cash” isə 5,62-dən 1,84 faizə düşərək 3 dəfə azalıb. “NEM” (1,2-0,3 faiz) və “NEO” (1,6-0,4 faiz) 4 dəfə azalaraq daha çox zərər çəkiblər.

Öz mövqelərini ən yaxşı qoruyan “XRP” və “Litecoin” altkoinləri olub. San-Fransiskodan olan “Ripple” şirkətinin kriptovalyuta payı üçdəbir dəfə - 10,76 faiz artıb. Çarli Linin pulu isə özünün əvvəlki mövqeyini – rəqəmsal pul bazarında 2 faiz payını qoruyub saxlayır.

Ötən il ərzində blokçeyn sahəsində kapitallaşma praktik olaraq 5 dəfə aşağı düşüb. Ötən il fevralın ortalarında o, 500 milyardı üstələyirdi, hazırda isə kriptovalyutanın ümumi dəyəri 114 milyard dollar təşkil edir. Altkoin satışının həcmi 40 faiz – 27 milyarddan 16 milyardadək aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.