İDMAN


Kristian Hinterberqer: İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması möhtəşəm hadisədir

Kristian Hinterberqer: İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması möhtəşəm hadisədir

Bakı, 1 may, Səxavət Quliyev, AZƏRTAC

İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması möhtəşəm hadisədir. Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradıldığını bilirəm. Ölkəniz “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

Bu sözləri Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer AZƏRTAC-a müsahibəsində deyib.

Kristian Hinterberqer bildirib ki, ilk Avropa Oyunları Olimpiya Oyunlarının yığcam modelidir. “Bakı-2015”in idman proqramı da demək olar ki, Olimpiya Oyunları ilə eynidir. Bir neçə qeyri-Olimpiya idman növünün “Bakı-2015”in proqramına salınması isə uğurlu addımdır. Ümid edirəm ki, ilk Avropa Oyunları maraqlı olacaq və azarkeşlər çoxnövlü idman yarışından zövq alacaqlar.

“Fair play”in ilk Avropa Oyunlarının ayrılmaz hissəsi olacağını bildirən Kristian Hinterberqer ölkəmizdə bu sahədə əldə edilən uğurları və həyata keçirilən layihələri yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.