İDMAN


Kriştiano Ronaldo “Atletiko Madrid” ilə oyundan danışıb

Bakı, 11 mart, AZƏRTAC

“Atletiko Madrid” çox güclü klubdur. Müdafiə sistemi isə çox əladır. Onlar çox risk etmir və əvəzində əks hücumlara üstünlük verirlər. Bizim üçün çətin olacaq. Turu keçmək istəyiriksə, qələbədən başqa çarəmiz yoxdur. Məqsədimiz məhz qələbədir. İlk oyunda 2 qol buraxıb, qol vurmadan məğlub olacağımızı gözləmirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Yuventus” klubunun əsas qol silahı sayılan Kriştiano Ronaldo “Atletiko Madrid” ilə oyun öncəsi deyib.

Portuqaliyalı futbolçu komandasının növbəti mərhələyə vəsiqə qazanmaq şansını da qiymətləndirib: “Futbolda hər nəticə ola bilir. Düşünürəm ki, “Yuventus” əla mövsüm keçirir. Artıq ölkə çempionatında çempionluğuna yaxınıq. Eyni uğuru UEFA Çempionlar Liqasında da təkrarlamaq istəyirik. Əminəm ki, növbəti mərhələyə vəsiqəni məhz biz qazanacağıq”.

Qeyd edək ki, martın 13-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq. İlk oyunda “Atletiko Madrid” “Yuventus”a 2:0 hesabı ilə qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.