İDMAN


Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 100-cü qolunu vurub

Bakı, 9 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turu çərçivəsində Portuqaliya millisi səfərdə İsveç seçməsini 2:0 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, oyunda hər iki qolun müəllifi olan Kriştiano Ronaldo milli komandanın heyətində 100-cü qolunu vurub.

Bu nəticəyə əsasən Ronaldo milli komandaların heyətində ən çox qol vuran (109 qol) iranlı Əli Daei arasında fərqi azaldıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.