İDMAN


Kriştiano Ronaldo “Qızıl top” mərasimində iştirak etməyəcək

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo “France Football” jurnalının dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün keçirdiyi “Qızıl top” müsabiqəsinin qalibinin adının açıqlanması mərasimində iştirak etməyəcək.

AZƏRTAC xəbər verir ki, portuqaliyalı hücumçunun bugünkü mərasimdə “Qızıl top”a sahib olmaq şansları az olduğu üçün futbolçu mərasimdə iştirak etməyəcək. Xarici KİV-lərin xəbərinə görə, “Qızıl top”un qalibi adına portuqaliyalının keçmiş komanda yoldaşı Luka Modriçin şansları daha yüksəkdir.

Qeyd edək ki, “Qızıl top”un sahibinin adı bu gün Bakı vaxtı ilə gecə saat 12-də açıqlanacaq. Mükafata əsas namizədlər Luka Modriçlə yanaşı, Antuan Qrizman (Fransa, “Atletiko Madrid”) və Kilyan Mbappedir (Fransa, “Paris Sen-Jermen”).

Mərasimdə, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.