İDMAN


Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin görüşlərinin ən yaxşı futbolçusunun adı açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. Portuqaliyalı futbolçu “Barselona” klubunun ulduz futbolçusu Lionel Messini, “Mançester Siti”nin hücumçusu Leroy Sane və “Liverpul” komandasının futbolçusu Sadio Maneni qabaqlayıb.

“Yuventus”un İspaniyanın "Atletiko Madrid" klubuna 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldo het-trik edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.