İDMAN


Kriştiano Ronaldo XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısında birincidir

Bakı, 14 may, AZƏRTAC

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo birinci pillədə qərarlaşıb. Forvard karyerası ərzində 60 dəfə buna nail olub.

Fransanın PSJ klubunda çıxış edən Argentina yığmasının futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və “İqlz” klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk beşliyi Almaniyanın “Bavariya” komandasında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın “Atletiko” (Madrid) klubunun uruqvaylı hücumçusu Luis Suaresi (29) tamamlayıblar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.