İDMAN


Kriştiano Ronaldo “Yuventus”la müqaviləni uzatmayacaq

Bakı, 4 may, AZƏRTAC

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını “Sportinq”də bitirməyi düşünür.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna görə də, 36 yaşlı portuqaliyalı futbolçu “Yuventus”la yeni müqavilə imzalamaq niyyətində deyil. Futbolçu 2022-ci ilin yayında klubla hazırkı müqaviləsi bitən kimi “Sportinq”ə keçmək istəyir.

Ronaldo 2018-ci ildən "Yuventus"da oynayır. Forvard “Sportinq”in yetirməsidir.

Portuqaliyalı bu mövsüm A seriyasının 30 oyununda 27 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.