İDMAN


Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

Bakı, 30 may, AZƏRTAC 

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo “Forbes”in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.

AZƏRTAC xəbər verir ki, portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.

Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi (“Barselona”, 104 milyon) ikinci, Neymar isə (PSJ, 95,5 milyon) üçüncü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.