İDMAN


Kriştiano Ronaldo yeni rekorda imza atıb

Bakı, 21 aprel, AZƏRTAC

Turinin "Yuventus" klubu ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.

AZƏRTAC xəbər verir ki, bu çempionluq klubun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo üçün xüsusilə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, o, İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.

Ronaldo daha əvvəl "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"la isə iki dəfə İspaniya çempionatının qalibi olub.

Otuz dörd yaşlı futbolçu "Yuventus"a ötən ilin yayında 117 milyon avro qarşılığında "Real"dan keçib. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.